Almaniyanın Səhiyyə naziri Jens Spahn xəstəxana ziyarətində sosial məsafəni laqeyd yanaşması gündəm yaradıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Hessen əyalətində tibb fakültəsinə baş çəkən Almaniyanın səhiyyə naziri Spahn sosial məsafəyə əhəmiyyət verməyib.

Belə ki, dövlət rəsmiləri və xəstəxana rəhbərləri ilə birlikdə liftə daxil olan  Alman nazir gündəmdə olan foto ilə bağlı açıqlama verməli olub.

Spahn, bu görüntünün uyğun olmadığını, növbəti dəfə pilləkənlərdən istifadə edəcəyini söyləyib.