Koronavirusun yeni növü (Kovid-19) səbəbiylə İsraildə ölənlərin sayı 126-ya, yoluxanların sayı 12 min 200-ə yüksəlib.
Unikal.org İsrail KİV-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin yazılı açıqlamasında, COVID-19 diaqnozu qoyulan son 24 saatda daha 3 xəstənin öldüyü bildirilib.
Bildirilib ki, ölkədə koronavirus nəticəsində yaranan ölüm itkisi 126-ya çatsa da, daha 154 nəfərdə COVID-19 aşkarlanıb və ümumi yoluxanların say 12 min 200-ə çatıb.
Açıqlamada, xəstələrin 176-nın vəziyyətinin ağır olduğu və 2 min 309 insanın sağaldığı qeyd olunub.
İsraildə, COVID-19 tədbirləri çərçivəsində bütün məktəblərdə təhsil dayandırılıb, daha çox adamın toplaşması qadağan edilib.
Ölkədə bazarlar, apteklər, yanacaqdoldurma məntəqələri və banklar istisna olmaqla bir çox ticarət müəssisəsinin bağlanması qərara alınıb.
Təl-Əviv rəhbərliyi, epidemiya səbəbiylə İsraildə yaşayanlardan başqa xaricilərin hamısının ölkəyə girməsini qadağan edib.