Türkiyəli məşhur professorun açıqlaması elm dünyasında gündəm yaradıb. 

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə xalq televiziyasına açıqlama verən, Prof. Dr. Əli Dəmirsoyun “Çində yoluxmuş ilk 50 nəfəri öldürülsəydi, epidemiya yayılmazdı” ifadəsi elmi dünyasında böyük reaksiyalara səbəb olub.

Belə ki, Prof. Dr. Əli Dəmirsoyun “Əgər mən olsaydım, ilk korona xəstələrini adaya aparıb öldürərdim” deyə  fikrinə əlavə edib. 

Əli Dəmirsoyun bu açıqlamalarından sonra elm adamları ictimaiyyətə bir şərh paylaşıb. İndiyə qədər 74 elm adamı bu açıqlamaya imza atıb.