“Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş onlayn müşavirədə bu ilin üç ayı ərzində görülən işlər geniş müzakirə olundu, eləcə də dövlətimizin başçısı qarşıda duran vəzifələrlə bağlı hökumət qarşısında konkret vəzifələr qoydu”.

Bunu Unikal.org-a açıqlamasında millət vəkili Əliabbas Salahzadə bildirib.Ə.Salahzadə qeyd edib ki, Prezident İlham Əliyevin bu ilin birinci rübünün sosial-iqtisadi yekunlarına dair müşavirədə etdiyi çıxış hər bir vətəndaşa verilən qiymətin mühüm göstəricisidir:


"Ölkə rəhbərinin vurğuladığı kimi Azərbaycanda görülən qabaqlayıcı tədbirlər və düşünülmüş siyasətin nəticəsində biz vəziyyəti nəzarət altında saxlayırıq. Prezidentin çıxışından göründüyü kimi dövlət başçısı üçün əsas məsələ insanların sağlamlığıdır.

Başqa dövlətlərlə müqayisədə Azərbaycanda atılan addımlar, təxirəsalınmaz qərarlar hökumətin məhz hər bir vətəndaşın sağlamlığının qeydinə qalmasına bariz nümünədir. Vacib məqamlardan biri də Prezident İlham Əliyevin koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı sərəncamı hər şeydən öncə dövlət başçısı tərəfindən səhiyyə işçilərinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirilməlidir. Ölkə başçısının milli valyuta ilə bağlı verdiyi açıqlama cəmiyyətdə yaranmış müəyyən narahtlığa da son qoydu. Prezidentin ölkə iqtisadiyyatının gələcək perespektivləri ilə bağlı tapşırıqlara, makroiqtisadi vəziyyətin sabit saxlanılması ilə bağlı verdiyi tövsiyyələrə əsaslanaraq əminliklə deyə bilərik ki, Azərbaycan bir çox dövlətlərlə müqayisədə yaranmış vəziyyətdən üzüağ çıxacaq.  Hər bir ölkənin uğurlu inkişafı ilk növbədə aparılan siyasətin məqsədyönlülüyündən və hədəflərin düzgün müəyyənləşdirilməsindən asılıdır. İlham Əliyevin siyasi islahatların aparılması ilə bağlı söylədiyi fikirlər Azərbaycanın yeni inkişaf mərhələsinə inamla keçdiyini göstərir. Atılan bütün addımların, o cümlədən karantin qaydalarının bircə məqsədi var. Görülən bütün tədbirlər vətəndaş sağlamlığının qorunmasına xidmət edir. Hökümət tərəfindən pandemiya dövründə işsiz kimi qeydiyyata alınmış şəxslərə iki ay birdəfəlik 190 manat müavinətin verilməsi, sahibkarlara yardım göstərilməsi və işləyən şəxslərin maaşlarının köçürülməsinin tövsiyyə edilməsi,  işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılması kimi atılan addımlar dövlətin vətəndaşlara göstərdiyi qayğının nəticəsidir. Prezident İlham Əliyev və birinci-vitse prezident Mehriban xanım Əliyeva tərəfindən adılan məqsədyönlü və qabaqlayıcı addımlar nəticəsində Azərbaycan koronavirusdan ən az itkilərlə çıxacaq dövlətlərdən biri olacaq”.

Hüseyn İsgəndərov