Belarusiya prezidenti Aleksandır Lukaşenko koronavirus infeksiyasının yayılması ilə əlaqədar bir qurup məhbusların azad olunması üçün əfv komissiyasının iclasını keçirib. 

Unikal.org xəbər verir ki, Belarus prezidenti əfv olunanlar arasında yetkinlik yaşına çatmayan narkotik alverçiləri və korrupsiyada ittiham olunan sabiq məmurların da adının daxil edilməsini tapşırıb.

Prezident Administrasiyası rəhbərinin müavini Olga Çuprisə müraciət edən Lukaşenko onun üçün korrupsiya cinayətlərində ittiham olunan sabiq məmurların siyahısının hazırlanmasını da tapşırıb. 

"Korrupsiyaya uğramış məmurlarla bağlı da mənim masamda ayrıca siyahım var. Hazırda bəzi məmurların dostlarını və qohumlarının var-dövlətini araşdırırıq. O siyahılarda masama qoyulacaq". 

Lukaşenko cəmiyyətdə koronavirusun yayılması, narahatlıq fonunda mövcud vəziyyət, şəxsi gigiyena tədbirlərinin gücləndirilməsinin pis vərdişləri olanlar üçün yaxşı bir dərs olduğunu qeyd etdi: "Koronavirus narkomanlar və siqaret çəkənlər üçün yaxşı bir dərsdir. Biz şiddətli sətəlcəm görürük. Koronavirusa yoluxmuş sətəlcəm. Bu qondarma pandemiya həmdə həyatınızı necə təşkil edəcəyimizi düşünmək üçün yaxşı bir dərsdir. "