Dünyanı təsir edən koronavirus bir çox sektora ağır zərbələr endirməyə davam edir. İngilis bioloq Lan Redmond, dünyada minlərlə insanın ziyarət etdiyi zooparklara qarşı maraqlı bir təkliflə çıxış edib. 

Unikal.org məlumat verir ki, İngilis bioloq Lan Redmond,meymunların koronavirusu (Covid-19) insanlardan yoluxa biləcəyini irəli sürüb.

Bu səbəbdən Redmond “meymun turizminin” qadağan edilməsini istəyib. Bioloq Lan Redmond bütün meymun ailəsinin, o cümlədən qorilla, şimpanze və orangutanların DNT analizlərinin insanlarla 99 faiz eyni olduğunu vurğulayıb. O, meymunların bu səbəbdən insanlardan koronavirusa yoluxa biləcəyini vurğulayıb və heyvanların risk altında olduğunu qeyd edib.