İlk dəfə olaraq İranda koronavirusdan ölənlərin sayında azalma müşahidə edilib.

Unikal.org xəbər verir ki, son 24 saat ərzində İranda koronavirusdan ölənlərin sayı 92 olub. Bu barədə məlumat verən İran Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur bildirib ki, ümumilikdə ölənlərin sayı 4 min 869 nəfərə, yoluxanların sayı isə 77 min 995 nəfərə çatıb. Bununla yanaşı xüsusi xəstəxanalarda müalicə alan 55 min 229 nəfər sağalaraq evə buraxılıb.

İsveçrənin İrandakı səfiri Markus Lyatner İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Kərim Himməti ilə görüşüb. Görüşdə cəmiyyətin xətti ilə İrana yardımların edilməsi məsələsi müzakirə olunub.