Yaponiyada yeni növ koronavirusa görə elan edilmiş fövqəladə vəziyyətin vaxtı uzadılıb.
Unikal.org xəbər verir ki, bu barədə Yaponiyanın Baş Naziri Sindzo Abe bildirib.
Onun sözlərinə görə, Yaponiyada fövqəladə vəziyyətin vaxtı mayın 6-na qədər uzadılıb.
Qeyd edək ki, Yaponiyada COVİD-19 virusuna yoluxanların sayı 9800, virusdan ölənlərin sayı isə 195 nəfərdir.