Əfqanıstanın Çarh bölgəsindəki Loqar əyalətindəki hərbi stansiyada Taliban yaraqlılarının təşkil etdiyi hücumda 9 əsgər şəhid olub.

Unikal.org Əfqanıstan mətbuatına istinadən məlumat verir ki, Əfqanıstan  Müdafiə Nazirliyinin verdiyi açıqlamada yaraqlıların Çarh rayonunun Kale-i Daşt bölgəsindəki hərbi stansiyaya hücum etdiyi bildirilib. 

Hücumda 9 əsgərin həyatını itirdiyi ifadə edilən açıqlamada, hücumdan sonra meydana gələn qarşıdurmada Talibanın ağır itki verdiyi qeyd edilib.