ABŞ-ın Meyn ştatının Jay şəhərində yerləşən tarixi kağız fabriki olan “Androscoggin Mill”də partlayış baş verib.
Unikal.org ABŞ KİV-ə istinadən xəbər verir ki, koronavirusun episentri olan Meyn ştatında baş verən partlayış nəticəsində fabrikdə heç kəs olmayıb.
Ölən və yaralıların olmadığı partlayış, cəlb olunan yanğınsöndürənlərin səyi nəticəsində söndürülüb. Şahidlər partlayış zamanı yerin titrədiyini və kül və ağac parçaları aktiv vulkan kimi hər yerə yayıldığını bildirib.
Səlahiyyətlilər, 1960-cı ildən bəri aktiv olan kağız fabrikindəki partlayışın ağac çipləri və kimyəvi maddələr olan bir tankda meydana gəldiyini açıqlayıb.
Partlayışın baş vermə səbəbi araşdırılır.