İkinci dünya Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan Qələbə Paradı təxirə salınıb.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında bildirib.

Koronavirus infeksiyasının yayılması təhlükəsi ilə bağlı Putin Qələbə paradının qeyri-müəyyən vaxtadək təxirə salındığını söyləyib.