Yaponiyada koronavirus pandemiyası ilə əlaqədar bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edilib.
Unikal.org xəbər verir ki, bu qərar parlamentdə müzakirə olunduqdan sonra hökumətin növbədənknar iclası zamanı açıqlanıb.
Bildirilib ki, fövqəladə vəziyyət mayın 6-dək davam edəcək.
Xatırladaq ki, Yaponiya baş naziri Şinzo Abe aprelin 8-də paytaxt Tokioda, Osaka şəhərində və digər 5 prefekturada fövqəladə vəziyyət elan etmişdi.
Bu günədək Yaponiyada 8 600-dən çox insan koronavirusa yoluxub, 178 nəfər bu virusdan həyatını itirib.