Gürcüstanda koronavirusa yoluxanların sayı artıb.
Unikal.org xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı 340-a çatıb. Onlardan 3-ü vəfat edib, 76-sı isə sağalaraq evə buraxılıb.
Bildirilib ki, Gürcüstanda hal-hazırda 5000 nəfər karantində saxlanılır.