Yeni növ koronavirus daşıyıcılarının ən çox olduğu ölkə hal-hazırda ABŞ-dır.

Unikal.org xəbər verir ki, bu səbəbdən ölkədə ciddi karantin tədbirləri həyata keçirir, lakin bu qaydalara əməl etməyənlər də olur. Bu dəfə isə ölkə başçısı Donald Trampın qızı İvanka Tramp karantin qaydalarını pozub.

Belə ki, o, ailəsi ilə birlikdə Pasxa bayramının ilk gecəsi qeyd etmək üçün təyyarə ilə Vaşinqtondan Nyu-Cersiyə səfər edib. İvanka Tramp qadağalara məhəl qoymadığı üçün tənqid edilib.