Türkiyədə yeni növ koronavirusdan (Covid-19) ölənlərin sayı açıqlanıb.
Unikal.org xəbər verir ki, ölkədə son sutka ərzində 125 nəfər koronavirus səbəbindən dünyasını dəyişib. Bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Son 24 saat ərzində 40 427 nəfər koronavirus testindən keçib, onlardan 4801-nin cavabı pozitiv çıxıb.
Qeyd edək ki, Türkiyədə 74 193 nəfər bu pandemiyaya yoluxub. 7089 nəfər isə müalicə olunaraq sağalıb. Təkcə bu gün Müalicə olunan 1415 xəstə evə buraxılıb.