İngiltərənin Xarici İşlər Naziri Dominik Raab koronavirus pandemiyası ilə bağlı maraqlı açıqlama edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, o bildirib ki, Çin höküməti koronavirusla bağlı gizli qalan sualları cavablamalı olacaq:
"Çin koronavirusun necə ortaya çıxdığına və bu pandemiya haqqında dünyaya daha tez məlumat verilə biləcəyi ehtimalı ilə bağlı çətin sualları cavablandırmalıdır.
Qeyd edək ki, İngiltərə rəsmiləri daha öncə də "Covid-19" virusu haqqında Çinin dünyaya vaxtında məlumat vermədiyini iddia etmişdilər.