Prezident İlham Əliyev Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədovu medalla təltif edib.
Unikal.org xəbər verir ki, ölkə başçısının sərəncamında deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə Arif Əhməd oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilsin".