Milli Məclisin iclasında Cinayət və İnzibati Cəzalar Məcəlləsinə bir sıra dəyişiklikləri nəzərdə tutan qanun layihələri müzakirəyə çıxarılıb.  

Unikal.org-un məlumatına görə, layihələr barədə Milli Məclisin plenar iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib.

Müzakirələrdən sonra qanun layihələri səsə qoyularaq, birinci oxunuşda qəbul edilib.