Dövlət Gömrük Komitəsinin əməkdaşları koronavirus (Covid-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində daha 100 ailəyə dəstək göstəriblər.
Unikal.org xəbər verir ki, aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşları aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə baş çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıb, ailələrlə profilaktik söhbətlər aparıb, xüsusi karantin rejimi dövründə evdə qalmalarını tövsiyə ediblər.