Türkiyəli məşhur sosial şəbəkə fenomeni Şeyma Subaşı da koronavirus pandemiyasının yaratdığı təhlükə səbəbindən özünü evində karantinə alıb.

Unikal.org xəbər verir ki, o, bu dəfə "Instagram" hesabında etdiyi paylaşımlarla gündəmə gəlib. Belə ki, karantin müddətini sevgilisi Guido Senia ilə birlikdə keçirən Şeyma gecə saatlarında cəlbedici fotolarını paylaşıb.

O, həmçinin onu belə fotolarına görə tənqid edənlərə də artıq bu paylaşımların Türkiyə adətlərinə zidd olsa da, normal sayıldığı cavabını verib.