ABŞ-da karantinin ləğvi və normal həyata qayıdılması tələbi ilə etiraz dalğası başlayıb.

Unikal.org xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Yüzlərlə amerikalı Kentukki, Merilend, Miçiqan, Ohayo, Texas və Viskonsin ştatlarında yürüş edib. Kanalın məlumatına görə, aksiyada əsasən Donald Trampın seçiciləri iştirak ediblər. Etirazçılar konstitusiya hüquqlarının pozulduğunu qeyd edərək, işə qayıtmağı tələb ediblər.

Kanalın məlumatına görə, son bir ayda təxminən 22 milyon amerikalı iş yerlərini itirdiyini bildirib. İndi ölkədə yalnız sistem yaradan müəssisələr fəaliyyət göstərir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin 16-da ölkənin tədricən açıldığını və koronavirus pandemiyası səbəbilə 29 ştatda tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin dayandırıldığını bəyan etdi. Yumşaldılmış karantin rejiminə keçmək üçün regional hakimiyyət orqanları iki həftə ərzində COVID-19-a yoluxma hallarının sayının azalmasını rəsmi şəkildə təsdiq etməlidirlər.