İtaliyada son sutka ərzində 433 nəfər koronavirusdan ölüb.
Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 23 660-a çatıb. Bu barədə İtaliyanın Mülki Müdafiə xidməti yazılı açıqlama verib.
Məlumata görə, sözü gedən ölkədə koronavirusa yoluxanların sayı 178 972-ə yüksəlib. Onlardan 47 055 xəstə isə sağalaraq evə buraxılıb.