ABŞ-da pandemiya qurbanlarının sayı yenidən artıb.
Unikal.org xəbər verir ki, bu barədə federal və yerli statistika, həmçinin başqa məlumatlar əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.
Universitetin məlumatlarına görə, COVID-19 infeksiyasına yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 742 442 nəfərə çatıb. Koronavirus daşıyıcısı olan 40 585 nəfər dünyasını dəyişib.