Əhalisi 600 milyondan çox olan Latın Amerika ölkələrində yeni növ koronavirusun (COVID-19) sayı 100 mini keçib.
Unikal.org Latın Amerikasında 4 min 939 insanın ölümünə səbəb olan virusun ölkələrdə və bölgələrdə yeni hallar haqqında cari məlumatların tərtib edildiyi “Worldometer” saytına istinadən məlumat verir ki, indiyə kimi 101 min 100 adamda koronavirus aşkar edilib.
Latın Amerika ölkələrində COVID-19 səbəbiylə ölənlərin və yoluxanların sayı belədir:
Ekvador 474 ölü /9 min 468 yoluxma , Çili 133 ölü /10 min 88 yoluxma, Peru 400 ölü/15 min 628 yoluxma , Kolumbiya 179 ölü /3 min 792 yoluxma , Argentina 132 ölü /2 min 839 yoluxma , Uruqvay 10 ölü /517 yoluxma , Boliviya 32 ölü /520 yoluxma, Venesuela 9 ölü/256 yoluxma , Paraqvay 8 ölü /206 yoluxma, Meksika 650 ölü /7 min 497 yoluxma , Panama 120 ölü /4 min 273 yoluxma , Dominik Respublikası 226 ölü /4 min 680 yoluxma , Kuba 34 ölü /1035 yoluxma , Kosta Rika 5 ölü/660 yoluxma, Honduras 46 ölü/472 yoluxma, Qvatemala 7 ölü/257 yoluxma, El Salvador 7 ölü/201 yoluxma, Haiti 3 ölü/47 yoluxma və Nikaraqua 2 ölü /10 yoluxma.