Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 70 adam artaraq 1565 nəfərə çatıb.
Unikal.org Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, indiyədək 225 nəfər sağalıb, 11 nəfərin vəziyyəti ağırdı, 5 xəstə dünyasını dəyişib.
Bildirilir ki, hazırda Özbəkistanda stasionar və ev şəraitində karantində təxminən 90 min adam var.