Partiya sədri müxalifət iflic adlandırdı
01:32 20-11-2012
CƏMİYYƏT
Partiya sədri müxalifət iflic adlandırdı
"Radikal qanad özünü Qərbin gözündən salıb"
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Rusiya Azərbaycan Təşkilatları İttifaqı ilə bağlı yenə açıqlama verib. O, təşkilatın üzvü Rüstəm İbrahimbəyovun "dəhşətli inqilab" barədə oncəgörməsinə sərt reaksiya verərək bildirib ki, Rüstəm İbrahimbəyov yaxşı ssenari müəllifi kimi, ya hansısa dövlətin məkrli ssenariləri barədə məlumatlıdır, ya da belə ssenarilərin hazırlandığını hiss edir.
Mən xeyli öncə söyləmişdim ki, onu danışdıran özünün dediyi kimi vicdanının səsi yox, Moskvadakı vəzifəli dostlarıdır. Təəssüf ki, zaman mənim haqlı olduğumu sübuta yetirir. Moskvada bilirlər ki, Azərbaycanda Ukrayna və Gürcüstan ssenarisi keçərli deyil. Ona gorə də 1993-cü il Gəncə qiyamını başqa formada təkrar edə bilərlər. Məsələn, Quba-Qusar, yaxud Balakən-Zaqatala zonasını nəzarətdən çıxartmaq və bu zaman İbrahimbəyov kimilərdən Bakıda və digər rayonlarda dəstək almaq yolu ilə...Partiya sədri , İctimai Palatanın bu təşkilata yaxınlaşmaq istəyinə də mövqe bildirib:-" Təəssüf ki, bu, belədir. Son hadisələr özünü milli qüvvə adlandıran bəzilərinin əsl simasını açdı. Onlar göstərdilər ki, nəinki milli deyillər, həm də hakimiyyətə gəlmək üçün lazımi qabiliyyətləri də yoxdur. Çünki Rusiyanın son məqsədinin nə olduğunu müəyyənləşdirmək hələ tezdir. Rusiya son gedişlərlə Azərbaycana öz gücünü göstərib güzəşt qoparmaq barədə düşünə bilər, eyni zamanda ABŞ-a imkan verər ki, Avropadakı müttəfiqlərini Rusiya faktoru ilə qorxutsun, onları hakimiyyəti kəskin tənqid etməkdən çəkindirsin. Təsadüfi deyil ki, RATI-nin yaranmasından dərhal sonra ABŞ səfiri İlham Əliyevin yenidən seçilməsində heç bir problem olmadığını söylədi. Ona görə də ABŞ-la Rusiyanın Azərbaycanla bağlı iş birliyində olması istisna olunmamalıdır. Rusiya başa düsür ki, indiki Azərbaycan 1993-cü ildəki Azərbaycan deyil. Bunu hakimiyyət üçün ağzı sulananlar da başa düşməlidir. Mən inanmıram ki, o şəxslər onlardan öz tarixi vətənlərinə qarşı kimlərinsə istifadə etməsinə imkan versinlər. O insanlar ağıllı insanlardır və Azərbaycanda siyasi nüfuzlarının hansı həddə olduqlarını yaxşı bilirlər. Onlar siyasətə baş vursalar bəlli olacaq ki, onları bu işə Kreml zorla qoşur. Bütün hallarda həmin şəxslər öz istəkləri ilə və ürəkdən Azərbaycana qarşı fəaliyyətdə rol almayacaqlar. Bu isə həmin ssenarinin iflasa uğrayacağını bəri başdan şərtləndirir". Qüdrət Həsənquliyev daha sonra ölkədə ki, vəziyyətə də münasibət bildirib. Onun deməsinə görə hazırda Azərbaycanda güclü mərkəzləşmiş hakimiyyət var və iqtidar ciddi islahatlar aparmaq fikrindən uzaq görünür. Müxalifət dağınıq vəziyyətdədir. Radikal qanad isə Rusiyanın əli ilə hakimiyyətə gəlmək istəyini büruzə verməklə özünü Qərbin gözündən daha da salıb və yəqin ki, Timoşenkonun aqibətini yaşayacaq. O da zamanında Rusiyanın oyunlarına getdi və iflasa uğradı.
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-21 21:51:37
2024-11-21 20:40:28
2024-11-21 20:32:43
2024-11-21 20:22:56
2024-11-21 19:49:33
2024-11-21 19:21:58
2024-11-21 19:20:34
2024-11-21 19:02:57
2024-11-21 18:51:22
2024-11-21 18:48:47
2024-11-21 18:39:54
2024-11-21 18:17:14
2024-11-21 18:03:19
2024-11-21 17:48:13
2024-11-21 17:22:00
2024-11-21 17:10:38
2024-11-21 16:58:19
2024-11-21 16:43:15