İstanbulun Sultanqazi ərazisində  koronavirus səbəbiylə küçələrə çıxmaq qadağan olan 19 yaşlı oğlan, evlərinin eyvanından qonşularına mini konsert verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  gitara səsini eşidən, qonşular, eyvanlara və pəncərələrə qalxaraq konserti maraqla izləyiblər.  Qonşuları yeniyetməni müşayiət edərkən, o anları mobil telefon kamerasına əks ediblər. 

Belə ki, gəncin mini konserti zamanı həmin ərazidə olan polis işçiləri tərəfindən maraqla izlənilib. Daha sonra konsertini sonlandıran gəncin bu hərəkəti qonşuları və polis işçilərinin alqışlarına səbəb olub.