Koronavirus epidemiyasından ən çox təsirlənən ölkələrdən olan İtaliyanın Carpi şəhərində “Epidemiyaya qarşı birlikdə dua edirik” tədbiri təşkil edilib
Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, İtaliyanın Carpi şəhərinin Bələdiyyə Başçısı Alberto Bellelli koronavirusa qarşı “Quran-i Kərim”dən surə oxudub.
Belə ki, Katolik, Pravoslav, Evangelist, Sıx, Yəhudi və Müsəlman icmalarının qatıldığı namaz mərasimində, virus qurbanlarını xatırlamaq və epidemiyanın ən qısa zamanda dayandıracağına ümid etmək üçün Carpi şəhərinin Martiri meydanında yerləşən Saat Qülləsinin qarşısında baş tutan imam Mourad Selmi, “Al-İmran” surəsini oxuyaraq epidemiyanın sonu üçün dua edib. “Biz müsəlmanlar bu sevimli diyarın ayrılmaz bir hissəsiyik. Bu xəstəlik üçün Allaha dua edirik” deyə sonda deyib.