Almaniyada koronavirus (COVID-19) epidemiyasının yayılmasının qarşısını almaq üçün martın 22-də görülən xüsusi karantin rejimli tədbirlərini tədricən azaltmağa  başlayıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bəzi ştatlarda 800 kvadratmetrə qədər olan mağazalar yenidən açılıb.

Açılan ticarət mərkəzləri və mağazalar ciddi gigiyena qaydalarına uyğun xidmət göstərməyə başlayıb.  İlk günlərdə açılan ticarət mərkəzlərinə və mağazalara çox az adamın gəldiyi görülüb.

İnsanların sosial məsafə qaydalarına riayət etdikləri və bəzilərini virusdan qorumaq üçün maskalar taxdıqları müşahidə edilib.

Lakin, COVID-19 tədbirləri çərçivəsində ölkədəki restoran, kafe və əyləncə yerlərinin açılmasına icazə verilmir.