Türkiyədə Altınordu Bələdiyyəsində çalışan Enes Aşur, memar sevgilisi Elif Yalçınkaya koronavirus epidemiyası səbəbiylə maraqlı bir şəkildə sürpriz bir evlilik təklifi edib.
Unikal.org xəbər verir ki, koronavirus tədbirləri çərçivəsində kombinezon, maska və qoruyucu eynək taxan Aşur, sevgilisi Elif Yalçınkayanın oturduğu 5-ci mərtəbədəki mənzilin eyvanına qalxıb. “Əlimi ömür boyu tutmaq necə olar? Mənimlə evlənərsənmi?” Məktubla bir pankart açan Eneş Aşur, eyvana gələn sevgilisinin başından qırmızı gül töküb.
Belə ki, Elif Yalçınkaya Aşurun təklifinə “Bəli” cavabını verib. Daha sonra sevgilisinə qoruyucu bir paltar verən Aşur birlikdə şəkil çəkdiriblər.