İtaliyada son sutka ərzində 534 nəfər koronavirus səbəbindən dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 24 648-ə çatıb. Eyni zamanda müalicə olunaraq sağalanların sayı da artaraq 51 600-ə yüksəlib.

Qeyd edək ki, İtaliyada ümumilikdə 183 957 nəfər koronavirusa yoluxub.