Qazaxıstanda Səhiyyə nazirinin keçmiş müavini Kamaljan Nadırov koronavirusa yoluxub. Hökumət başçısının qərarı ilə aprelin 21-də Kamaljan Nadirov başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən azad edilib. Nur-Sultan şəhərinin səhiyyə komandasını gücləndirmək məqsədilə Kamaljan Nadirovun İctimai Sağlamlıq İdarəsi rəhbəri vəzifəsinə təyin edilməsi nəzərdə tutulurdu.

Unikal.org xəbər verir ki, Qazaxıstanda koronavirusa yoluxma səviyyəsi artmaqda davam edir, daha 30 yeni yoluxma halı qeydə alınıb.

Hazırda ölkədə COVID-19-a yoluxanların sayı 2025-ə çatıb, 489 nəfər sağalıb, 19 nəfər dünyasını dəyişib.

Xatırladaq ki, Qazaxıstanda infeksiyanın ilk halları bu il martın 13-də qeydiyyata alınıb.