"Ali Attestasiya Komissiyası SSRİ dövründən qalma bir qurumdur".
Unikal.org xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib. Deputat bildirib ki, Ali Attestasiya Komissiyası ləğv edilməlidir.
Q.Həsənquliyev həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının müasir, özəl universitetə çevrilməsi təklifini də səsləndirib. “Elmlər Akademiyası özəl universitetə çevrilməlidir, başına da gənc bir kadr gətirilməlidir”, - deputat əlavə edib.
Qeyd edək ki, AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevdir.