Çinin Uhan şəhərində meydana gələn yeni növ koronavirus infeksiyası (Covid-19) ilə bağlı araşdırmalar davam etdirilir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Sinqapur Texniki Universitetində alimlər koronavirusun fərqli ölkələrdə nə zaman bitəcəyini müəyyən ediblər. Hesablamalara görə, dünyada koronavirus may ayının 29-a qədər 97 %, dekabrın 8-dək isə tamamilə yox olacaq.
Ölkəmizlə bağlı təxminlərə gəlincə, Azərbaycanda koronavirus infeksiyasının yaratdığı vəziyyət mayın 5-dək 97 %, ayın 16-a qədər 99 %, iyun ayının 13-dək isə tamamilə aradan qalxacaq.