İngiltərədə son sutka ərzində 413 nəfər koronavirusdan ölüb.
Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 20 732-ə çatıb. Koronavirusa yoluxanların ümumi sayı isə bir gündə 4 463 nəfər artaraq 152 840-a yüksəlib.
Qeyd edək ki, yeni növ koronavirus infeksiyası (Covid-19) Çinin Uhan şəhərində meydana gəlib. Virus Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan edilib.