Asiya ölkələrindən olan Filippində də koronavirusla mübarizə davam etdirilir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Manilada hər gün polis əməkdaşları ilə birlikdə "xidmət edən" Çi Çi adlı itə şəxsiyyət vəsiqəsi verilib. O, hər gün yorulmadan koronavirusla mübarizəyə dəstək olur.

Qeyd edək ki, onun şəxsiyyət vəsiqəsində "ön cəbhədə xidmətçi" olduğu bildirilib.