Türkiyənin Tekirdağı ərazisində  psixoloji problemləri olduğu iddia edilən Barış Çimen adlı şəxs həyatını itirib.

Unikal org Türkiyə KİV-ə istinadən xəbər verir ki, koronavirus epidemiyasının qarşısını almaq üçün dezinfeksiyaedici və etil spirti içdiyi bildirilən Barış Çimen uzun müddət psixoloji  problemlərinin olduğu bildirilib. 

Belə ki, dezinfeksiyaedici və etil spirtini qəbul edərək,  bir müddət sonra pisləşən Çimen, anası və bacısının xəbəri ilə çağırılan təcili yardımla Çerkezköy Dövlət Xəstəxanasına aparılıb. Həkimlərin bütün müdaxiləsinə baxmayaraq, Çimen həyatını itirib. 

Polis hadisə ilə əlaqədar istintaq başlasa da, ailəsinə dezinfeksiyaedici və etil spirti içdiyini söyləyən,Çimenin,ölümünün dəqiq səbəbinin İstanbul Ədli Tibb İnstitutundakı müayinədən sonra təyin ediləcəyi qeyd olunub.