TƏBİB Ramazan ayında qidalanma qaydalarını açıqlayıb.
Unikal.org xəbər verir ki, məlumatda qeyd olunub ki, Ramazanda lazımi miqdarda maye içilməməsi, az miqdarda qidalanma və ya tam əksi, artıq kalorili qida qəbulu sağlamlığa ziyan ola bilər.
“Qida qəbulunun azalması ilə birlikdə metabolizm zəifləyir və istəmədən çəki artımına gətirib çıxarır. Oruc tutan sağlam insanlar lazımi miqdarda və nizamlı qidalanma qaydalarına əməl edərək, Ramazan ayını sağlam şəkildə başa vura bilərlər”,-deyə məlumatda bildirilib.