Daha öncə də xəbər verdiyimiz kimi Almaniya kansleri Angela Merkelin elektron poçt hesabı 2015-ci ildə rusiyalı xakerin əlinə keçmişdi.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Merkel yaşanan bu vəziyəti "can sıxıcı" və "çirkin" adlandırıb. Onun sözlərinə görə, bu işdə Rusiyanın iştirak etdiyini sübut edən faktlar var.

Almaniya kansleri bildirib ki, bu cür hallar Rusiya ilə siyasi əlaqələrin inkişafına mane olur.