Əfqanıstanın Paytaxtı Kabildə "Sərhəd tanımayan həkimlər" birliyinin fəaliyyət göstərdiyi xəstəxanaya edilən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirinin köməkçisi Vahid Mecruh məlumat verib. Onun sözlərinə görə, hadisə nəticəsində həlak olanların sayı 24-ə çatıb. Yaralananların sayı isə 16-ya yüksəlib. 

Ölənlərin içərisində yeni dünyaya gələn körpə uşaq və doğuş etmək üçün xəstəxanaya gələn hamilə qadının da olduğu bildirilir. 

Bombalı hücum Əfqanıstan prezidenti Əşrəf Qani və siyasi liderlər tərəfindən qınaq obyektinə çevrilib.