İtaliyada son gün ərzində daha 195 nəfər koronavirusdan ölüb. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 31 106-a çatıb.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliya Mülki Müdafiə Departamenti məlumat verib. Ölkədə artıq koronavirusa yoluxanların yarıdan çoxu sağalıb. Belə ki, 222 104 nəfər pandemiyaya yoluxub, onlardan 112 541-i sağalıb.

Eyni zamanda, son sutkada 888 yeni yoluxma faktı aşkarlanıb. 3 502 pasiyent isə sağalaraq evə buraxılıb.