Fransada koronavirusdan həyatını itirənlərin sayı artıb.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, COVID-19 infeksiyasının yaratdığı xəstəlikdən dünyasını dəyişənlərin sayı 27 mini ötüb.
Təkcə son gün ərzində 83 nəfər pandemiyanın qurbanına çevrilib.