Meksikanın Səhiyyə nazirliyi ölkədə koronavirusla bağlı statistikanı yeniləyib.
Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, 40 186 nəfərdə koronavirus testi müsbət nəticələnib.
Qeyd olunub ki, son 24 saat rəzində 1 862 nəfərdə COVID-19 aşkarlanıb. 14 gündə bu rəqəm 9 738 şəxs təşkil edib.
Koronavirusun yaratdığı xəstəlikdən 4 220 pasiyent ( son 24 saatda 294 nəfər) dünyasını dəyişib.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 148 497 test aparılıb.