Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Kür çayının Hacıqabul rayonu, Talış kəndi ərazisindən keçən hissəsində 1953-cü il təvəllüdlü Səlimov Qardaşəli Abbas oğlunun batması barədə məlumat daxil olub.

Nazirlikdən Unikal.org-a verilən məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.