Koronavirus səbəbiylə Malayziyada bağlanan mağazalar 2 ay fasilədən sonra yenidən xidmət göstərməyə başlayıb.
Unikal.org xəbər verir ki, mart ayından bəri koronavirus səbəbiylə qapalı qalan dəri çanta və ayaqqabı mağazasının sahibi xoşagəlməz bir sürprizlə qarşılaşıb.
Belə ki, 2 aydır bağlı olan dəri mağazasındakı məhsullar kiflə örtülüb.
Beləliklə, qısa zamanda məhsulların fotoları sosial şəbəkədə gündəm yaradıb. Fotoları görənlər “Mağazaya sanki illərdir toxunulmur” deyə şərhini veriblər.
Həmçinin də, Malayziyada qapalı qalan kinoteatrlarının kif ilə örtüldüyü müşahidə edilib.
Mütəxəssislər, havalandırma sisteminin olmaması, mağazadakı məhsulların və kinoteatrların iki ay ərzində kiflənməsinə səbəb olduğunu bildiriblər.