İndoneziyanın Manoda şəhərində qəribə hadisə baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, koronavirus epidemiyasından həyatını itirən şəxsin dəfn zamanı  hərəkət etdiyi görüntülər kameralara əks olunub. 

Belə ki, sosial şəbəkədə sürətlə yayılan görüntünü şərh edən istifadəçilər, həmin şəxsin diri-diri basdırıldığını, digər istifadəçilər isə uydurma oluduğunu bildiriblər. 

Torpağa verilən şəxsin hələ sağ olub-olmadığı məlum olmasa da, tabutun görüntüsü sosial şəbəkədə bəzi istifadəçilər tərəfindən dəfn olunan adamın son dəfə əl yellədiyi şərhini yazıblar. 

Qeyd edək ki, keçən il Avstraliyalı elm adamları ölü cəsədlərin hərəkət edə biləcəyini bildirən açıqlama yayımlamışdı.