Ağ Evdə istifadə olunan koronavirus testlərinin tez-tez səhv nəticələr verildiyi iddia edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, “Abbott” şirkəti tərəfindən hazırlanan, cəmi 15 dəqiqə ərzində nəticə verən sürətli test ABŞ Prezidenti Donald Tramp tərəfindən də bəyənilib.

Belə ki, Nyu-York Universitetinin tədqiqatçıları “Cepheid” adlı şirkətin testləri ilə 101 subyektdə 31 yoluxma aşkarlayıblar. Sonra pozitiv nəticələr əldə edilmiş nümunələr “Abbott”la test edilib və test nəticələrinin 48 faizinin neqativ olduğu qənaətinə gəlinib.