Bu gün axşam saatlarında İsmayıllı rayonu ərazisinə yağan güclü leysan nəticəsində sel suları fəsadlar törədib.

Unikal.org xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən 14 may 2020-ci il tarixində saat 16:35 radələrində bir saat ərzində İsmayıllı rayonunun Girdimançay-Qaranohur məntəqəsində  güclü leysan yağış dolu ilə müşahidə edilib. Bir saat ərzində yağıntının migdarı 42 mm olub. 

Saat 20:00-da isə 49 mm təşkil edib. Nəticədə kənd təsərrüfatına  və yollara ziyan dəyib. Çaydan sel keçib.