Bakıda evdə oğurluq hadisəsi baş verib.

Unikal.org-un xəbərinə görə, hadisə mayın 6-sı günorta saatlarında Xəzər rayonu, Zirə qəsəbəsində qeydə alınıb.

Belə ki, naməlum şəxslər Bakıxanov küçəsində yaşayan V.Qasımovanın evindən açıq qapıdan keçməklə 1 095 manat və 4 000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.

Daha sonra V.Qasımova bu barədə polis əməkdaşlarına müraciət edib.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, 1995-ci il təvəllüdlü Sitarə Məmmədova və onun həmyerlisi 1971-ci il təvəllüdlü Nigar bəkirova müəyyən edilərək saxlanılıb.