İspaniyada son sutka ərzində daha 87 nəfər koronavirusdan ölüb. Ötən gün isə bu rəqəm 102 idi.
Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 27 650-ə çatıb. Eyni zamanda son 24 saatda daha 421 nəfərdə koronavirus aşkarlanıb.
Beləliklə 12 mart tarixindən etibarən fövqəladə vəziyyət elan edilən İspaniyada "Covid-19"a yoluxanların sayı 231 119-a yüksəlib.
Qeyd edək ki, ölkədə bir gündə ərzində koronavirusdan ən çox ölüm halı aprel ayının 2-ndə qeydə alınmışdı. Həmin tarixdə 950 nəfər pandemiyanın qurbanı olmuşdu.